Ərəb Liqasının rəhbərliyi çərşənbə günü İsrail rejiminin Qəzzaya qarşı son hücumlarına cavab olaraq, üzv dövlətləri İsrail rejimi ilə hərbi və iqtisadi əməkdaşlığa son qoymağa çağırıb.
Bu hücumlar nəticəsində çərşənbə axşamından bəri 500-dən çox fələstinli həlak olub.
Liqanın bəyanatında vurğulanıb ki, İsraillə davam edən ticarət və hərbi əlaqələr Qəzzaya qarşı hücumlarda iştirak etmək kimi qiymətləndirilə bilər.
Bundan əlavə, ərəb həmrəyliyinin gücləndirilməsi və fələstinlilərin hüquqlarının qorunması üçün konkret tədbirlərin görülməsi zərurəti qeyd edilib.
Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış mübahisəli Abraham Sazişlərindən sonra bəzi ərəb ölkələri İsraillə iqtisadi və hərbi əlaqələr qurublar. Məsələn, BƏƏ İsraillə iqtisadi, mədəni və investisiya sahələrində bir sıra sazişlər imzalayıb. Mərakeş də son dörd il yarım ərzində İsrail rejimi ilə ticarət, silah və təhsil sahələrində bir sıra müqavilələr bağlayıb.