Çərşənbə, Aprel 30, 2025

Mərakeşdə İsrail planına qarşı boykot çağırışı

Çox oxunanlar

Mərakeşdə fəaliyyət göstərən BDS (İsrailə qarşı Boykot, Sanksiya və İnhisar) hərəkatı vətəndaşları Ramazan ayı ərəfəsində İsrail rejimi mənşəyini gizlədərək bazarlara çıxardığı xurma məhsullarına qarşı diqqətli olmağa çağırıb.

Təşkilat bəyan edib ki, İsrail rejiminə yaxınlığı ilə tanınan şirkətlərin məhsulların etiketlərində mənşə ölkəsini dəyişdirərək onları digər ölkələrdən gələn məhsul kimi təqdim etməklə istehlakçıları aldatmağa çalışır.

BDS nümayəndələri qeyd edirlər ki, bu yolla İsrail, işğal altında olan Fələstin torpaqlarında yetişdirilən xurmaları beynəlxalq boykotu aşaraq bazara çıxarmağa çalışır.

Mərakeş ictimaiyyəti və insan haqları təşkilatları İsrail rejiminin fəndlərindən yayınıb, Fələstin xalqına dəstək olmaq üçün bu cür məhsulları almaqdan imtina etməyə çağırır.

BDS hərəkatı vurğulayır ki, İsrail rejimi məhsullarının boykotu, işğal siyasətinə qarşı effektiv mübarizə üsulu olmaqla yanaşı, Fələstinlilərin iqtisadi istismarına qarşı bir etiraz formasıdır.

Aktivistlər Mərakeş hökumətini və aidiyyəti qurumları bazarlarda satılan məhsulların mənşəyini ciddi şəkildə yoxlamağa və İsrail məhsullarına qarşı daha sərt tədbirlər görməyə səsləyirlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This