Cənubi Afrika, Malayziya və Kolumbiya liderləri bir jurnalda dərc etdikləri birgə məqalədə İsrailə silah aparan gəmilərin limanlarına girməsinə icazə verməyəcəklərini açıqlayıblar.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Malayziyanın Baş naziri Ənvər İbrahim və Kolumbiya Prezidenti Qustavo Petro “Foreign Policy” jurnalındakı məqalələrində İsrailin beynəlxalq hüququn pozulmasına qarşı toxunulmazlığının sona çatmalı olduğunu vurğulayıb.
Məqalənin bir hissəsində deyilir: Seçim aydındır: Ya beynəlxalq hüququn tətbiqi üçün birlikdə hərəkət edəcəyik, ya da onun dağılması ilə üzləşəcəyik.
Üç ölkənin liderləri həmçinin İsrailə hərbi texnika verən gəmilərin öz limanlarına girişini əngəlləyəcəklərini qeyd edərək deyiblər: Biz İsrailə hərbi texnika daşıyan gəmilərin limanlarımıza yaxınlaşmasının qarşısını alacağıq və beynəlxalq humanitar hüququn daha da pozulmasına səbəb ola biləcək bütün silah ötürülməsini dayandıracağıq.
Cənubi Afrika, Malayziya və Kolumbiya İsrailə silah daşıyan gəmilərə keçid icazəsi verməyəcək
Çox oxunanlar