Britaniya parlamentinin 60-dan çox üzvü və ölkədəki bir neçə partiya öz hökumətlərinə məktub göndərərək, sionist mallarının alqı-satqısını qadağan etməyə çağırıblar.
Böyük Britaniyanın bir neçə siyasi partiyasının 61 deputatının imzaladığı məktubda ölkə hökumətindən İsrail yaşayış məntəqələrində istehsal olunan malların satışını qadağan etmək tələb olunur.
Böyük Britaniyanın Ticarət və İqtisadiyyat nazirinə Leyboristlər Partiyasından olan deputat İbtisam Məhəmməd tərəfindən göndərilən məktubda bildirilir ki, Böyük Britaniyanın terrorçu İsrail rejimi ilə ticarət və investisiya əlaqələri beynəlxalq hüququn tələb etdiyi standartlardan aşağı düşmür. O, sözlərini sübut etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) arqumentlərinə istinad edib.
Məktubda Beynəlxalq Cinayət Məhkəməsinin ötən ilin iyulunda verdiyi məsləhət rəyinə istinad edilir ki, orada dövlətlər İsrailin Fələstin ərazilərini işğal etməsi nəticəsində yaranmış status-kvonu saxlamaq üçün yardım göstərməməlidir.
Beynəlxalq Ədalət Məhkəməsi hökumətlərin “İsrail ilə iqtisadi və ya kommersiya əməliyyatlarına girməkdən” çəkinməli olduqlarını bəyan edərək, işğal olunmuş yaşayış məntəqələrində istehsal olunan malları boykot etməyin hökumətlərin vəzifəsi olduğunu təsdiqləyib.
Məktubda deyilir: “Bu iqtisadi əlaqələr İsrailin məskunlaşma iqtisadiyyatını saxlamağa kömək edir və fələstinlilərin evlərindən və torpaqlarından məcburi köçürülməsini davam etdirir”.
Həmkarlar ittifaqı Leyboristlər hökumətini Beynəlxalq Ədalət Məhkəməsinə uyğun olaraq qanuni öhdəliklərini yerinə yetirməyə və İsrailin qeyri-qanuni məskunlaşmalarında tamamilə və ya qismən istehsal olunan bütün malların Böyük Britaniyaya idxalını qadağan etməyə çağırıb.