Çərşənbə, Aprel 30, 2025

BDS Hərəkatı fabrikin bağlanmasını boykot qələbəsi adlandırır

Çox oxunanlar

Yaponiyanın Yokohama Rubber Company şirkəti 2024-cü ilin noyabrında İsrailin Hadera şəhərindəki fabrikini bağlayacağını elan edib.

Şirkət bunu İsrail rejimindəki yüksək istehsal xərcləri ilə əsaslandırsa da, BDS (Boykot, Təcrid və Sanksiyalar) hərəkatı bunu Fələstin azadlıq mübarizəsi üçün qələbə kimi qiymətləndirir.

BDS-in həmtəsisçisi Ömər Barğuti İsrail rejimindəki siyasi qeyri-sabitlik və beynəlxalq tənqidlərin ölkəni investisiya üçün daha az cəlbedici etdiyini vurğulayıb.

Qeyd edək ki, Yokohama kənd təsərrüfatı təkərlərinin ən böyük istehsalçısıdır və Hadera fabriki ABŞ-a ixracatda önəmli rol oynayırdı. Fabrikin bağlanması Qəzzadakı münaqişə və İsrailin fələstinlilərə qarşı siyasəti fonunda baş verir. Yokohama məsələ ilə bağlı şərh verməkdən imtina edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This