Google Qəzzə müharibəsində İsrailə çox yaxşı dəstək göstərib. Bundan əvvəl də əməkdaşlıqları olub, amma ötən bir il yarım ərzində yeni sima ilə Livana və Qəzzəyə qarşı kampaniyaya qoşulub.
Bir müddət əvvəl The Washington Post qəzetinin Google-un İsraili dəstəkləməsi və Qəzzə müharibəsi zamanı işğalçı qüvvələrə süni intellekt proqramlarını təqdim etməsi barəsindəki hesabatı çox qalmaqal yaradıb.
The Washington Post Google-un bulud hesablama bölümündəki işçilərdən birinə istinadən yazıb ki, “İsrail Təhlükəsizlik Nazirliyi” 7 Oktyabr tarixindən sonra bu şirkətin süni intellekt proqramlarından istifadə etmək üçün çoxsaylı müraciətlər edib və onların hamısı qəbul edilib.
Qəzetin hesabatına əsasən, İsrail rejimi Vertex süni intellekt sisteminin genişləndirilməsini istəyib və bu müraciətin tez bir zamanda təmin olunmadığı təqdirdə digər variantların (Amazon şirkəti kimi) sorağına getməsinin mümkün olduğunu bildirib.
Hesabatda ötən il İsrail ilə Nimbus müqaviləsinə etirazlardan sonra Google-un 50 işçisinin işdən qovulmasına toxunulub.
Xəbər agentliklərindən biri hesabatlarının birində qeyd olunan mövzuya toxunub və Google-un İsrailin ixtiyarına verdiyi sistemlərin və layihələrin mahiyyətinin nədən ibarət olduğunu soruşub, cavabında isə yazıb:
1. 2021-ci ildə İsrail qəzetinin məlumatına görə, İsrail Maliyyə Nazirliyi Nimbussisteminin yaradılması üçün Google və Amazon şirkətləri ilə 1.2 milyard dollarlıq müqavilənin bağlandığı barədə məlumat verdi. Bu sistem üz tanıma, görüntünün dəqiq təsnifatı (görüntüdə mövcud olan şeyin mahiyyətinin müəyyən edilməsi), əşyaların izlənilməsi və mətndə, səs yazısında və ya görüntüdə olan emosiyaların və mənaların təhlili imkanlarını təmin edir.