Avropanın bir sıra universitetlərində tələbə və akademik heyət İsrail rejiminin akademik institutlarına qarşı boykot çağırışını yenidən gündəmə gətirib.
Brüssel Universitetində keçirilən etiraz aksiyalarında iştirakçılar, İsrailin ali təhsil müəssisələri ilə akademik əməkdaşlığa son qoyulmasını tələb ediblər.
Boykot tərəfdarları, İsrail universitetlərinin hökumətin siyasətlərini dəstəklədiyini və fələstinli tələbələrə qarşı ayrı-seçkiliyi legitimləşdirdiyini iddia edirlər.
Məsələ ilə bağlı bəzi universitet rəhbərləri akademik azadlığı əsas gətirərək boykot çağırışına ehtiyatla yanaşsalar da, tələbə birlikləri və bəzi professorlar bu tələbə açıq dəstək nümayiş etdirirlər.
Boykot çağırışı təkcə akademik əlaqələri deyil, eyni zamanda İsrail rejiminin tədqiqat fondlarına və elmi proqramlarına Avropa universitetlərinin inteqrasiyasını da hədəfə alır.
Hərəkata qoşulan tələbələr və professorlar, bu addımın Fələstin xalqı ilə həmrəyliyin və insan haqları prinsiplərinin qorunmasının vacib bir göstəricisi olduğunu vurğulayırlar.