Cenevrədə minlərlə insan Qəzzadakı soyqırımın dayandırılması tələbi ilə dinc yürüş keçirib.
Etirazçılar BMT-nin Cenevrə ofisinin qarşısına toplaşaraq beynəlxalq ictimaiyyəti Fələstindəki humanitar böhrana müdaxilə etməyə çağırıblar.
“Fələstin azad olacaq”, “Soyqırıma son” kimi şüarlar səsləndirən nümayişçilər İsrail rejiminin mülki əhaliyə və səhiyyə müəssisələrinə hücumlarını qınayıblar.
Onlar həmçinin İsrailə qarşı qlobal boykotun gücləndirilməsini və işğalın dayandırılmasını tələb ediblər.
Etirazçılar İsrailin atəşkəs rejimini pozduğunu və İsveçrənin bu məsələdəki susqunluğunu tənqid ediblər.
Nümayişçilər səhiyyə obyektlərinə hücumları “qırmızı xətt” adlandıraraq, beynəlxalq hüququn pozulmasına görə məsuliyyət tələb ediblər.