Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) sədri Nail Olpak Türkiyənin İsraillə ticarətə yenidən başlaya biləcəyini bildirib.
Sionist İsrail və HƏMAS arasında razılaşmaya əsasən, bazar günü Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra DEİK sədri Nail Olpak deyib: Sülh qalıcı olarsa, Türkiyənin İsraillə ticarəti yenidən başlaya bilər.
Ankara hökuməti 2 may 2024-cü ildə Türkiyə ilə İsrail arasında ticarəti rəsmi olaraq dayandırdığını elan edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarətin tamamilə kəsildiyini iddia etsə də, sektordan olan mənbələr Fələstinli idxalçılar və digər ölkələrin limanları vasitəsilə İsrailə ixracın davam etdiyindən xəbər verir.