Hollandiyanın paytaxtı Amsterdamda yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz və Fələstinə dəstək nümayişi keçirib.
Çıxış edənlərdən biri Məhəmməd Koteş deyib ki, İsraillə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasının elan edilməsi və İsrailin bombardmanının sona çatması “yalnız başlanğıcdır”.
Koteş heç bir məhdudiyyət olmadan humanitar yardım axınının təmin edilməsi üçün İsrailin Qəzza mühasirəsinin dərhal aradan qaldırılması lazım olduğunu bildirib və daimi atəşkəsə çağırıb.
Mücahit Sarıkaya Qəzzaya hücumlara baxmayaraq, başda ABŞ və İngiltərə olmaqla Qərb dövlətlərinin İsrailə verdiyi dəstəyi tənqid edərək, işğal bitənə qədər boykotların və digər qlobal aksiyaların davam etməsi lazım olduğunu vurğulayıb.