Şənbə, Aprel 19, 2025

Smotriç: Biz müharibədə hədəflərimizə çata bilmədik

Çox oxunanlar

İsrailin İqtisadiyyat naziri Netanyahu ilə görüşünə toxunaraq bu kritik anlarda atəşkəsin təhlükəli olduğunu, bu müharibədə hədəflərinə çatmadıqlarını etiraf edib.

İsraelboycottvoice.com-un məlumatına əsasən, Bezalel Smotriç dünən (17 yanvar) deyib: Bu razılaşma İsrailin milli təhlükəsizliyinə zərər verəcək.

İsrail mediası Smotriçin rəhbərlik etdiyi Dini Sionist Partiyasının baş nazir Netanyahunun tələblərini müzakirə etmək üçün yaxın vaxtlarda toplantı keçirəcəyini bildirib.

Dünən axşam saatlarında Smotriç İsrail rejiminin Qəzzada müqavimət qüvvələrini tamamilə məhv etmək məqsədinə bir daha toxunub və ondan məhbus mübadiləsi razılaşmasına qarşı olduğunu və narazılığını ifadə edən bəyanat yayılıb.

Smotriçin qənaətinə görə, İsrail hazırda kritik məqamdadır, çünki müharibənin əsas məqsədləri – Qəzzada tam qələbə əldə olunmayıb, HƏMAS müqavimət qrupu məhv edilməyib və israilli məhbuslar öz evlərinə qaytarılmayıb.

Onun sözlərinə görə, Netanyahunun kabineti bütün məhbusları geri qaytarmaq üçün əlindən gələni edir, lakin təxminən 98 nəfər hələ də Həmasın girovudur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This