Unilever, İsrailin hərbi əməliyyatlarına gizli dəstək verdiyinə görə müsəlman ölkələrdə boykotla üzləşib.
Bu barədə qərb mediasında məlumat yayılıb.
Məlumatda bildirilir, boykot şirkətin xüsusilə İndoneziyada bazar payının azalmasına səbəb olub.
2023-cü ildə şirkətin İndoneziyadakı satışları 2.39 milyard dollar təşkil etsə də, üçüncü rübdə bazar payı 38.5%-dən 34.9%-ə enib.
İndoneziyada artan yerli və ucuz brendlərin rəqabəti, həmçinin boykotlar səbəbilə Unilever-in Lifebuoy və Rinso kimi məhsulları əhəmiyyətli satış itkiləri ilə üzləşib.
Şirkət yüksək qiymət siyasətini daha uyğun strategiyalarla əvəz etməyə çalışsa da, 2023-cü ilin üçüncü rübündə ev baxımı və fərdi məhsullar satışlarında 20.8%, ərzaq və içki satışlarında isə 13.3% azalma müşahidə edilib.
Yerli istehsalçılar, məsələn, Wings Group və Mayora Indah, bu boşluğu dolduraraq güclü artım əldə ediblər.