Sionist işğalçı rejimin ən böyük limanlarından biri olan “Aşdod” limanının işçiləri elan olunmamış tətilə başlayıblar.
Aşdod Limanı işçilərinin tətili liman rəhbərliyinin işçilərin yüksəliş müqavilələrini yerinə yetirməməsi səbəbindən baş verib.
Dünən Amerikanın Bloomberg xəbər agentliyi xəbər verib ki, sionist rejim hökumətinin həyata keçirdiyi qənaət siyasətləri və maliyyə tədbirləri səbəbindən sionistlər iqtisadi təzyiqlərlə üzləşirlər.
Bloomberg bildirib ki, sionist rejimi 11 milyard dollarlıq xərc siyahısı ilə üz-üzədir və bu, işğal olunmuş ərazilərdə sosial və siyasi çatları dərinləşdirə bilər. Çünki sionistlər rejim hökumətinin müharibəni maliyyələşdirmək üçün həyata keçirdiyi qənaət siyasətlərinin nəticələri ilə üzləşməlidirlər.
Bloomberg bütün sionistlərin bu iqtisadi təzyiq altında olduğunu və bu vəziyyətin işğal olunmuş ərazilərdən işçi miqrasiyasını artıra biləcəyini vurğulayıb.
Əl-Əqsa tufanı əməliyyatından sonra ikili vətəndaşlığı olan bir çox sionist öz ölkələrinə qayıtdı. Sionistlərin işğal olunmuş ərazilərdən başqa ölkələrə köçməsi hazırda sionist rejim rəsmiləri üçün ciddi narahatlıq mənbəyinə çevrilib və siyasi ekspertlərin fikrincə, bu, uzunmüddətli perspektivdə işğalçı rejimin süqutuna zəmin yarada bilər.