Yəmən gəmiçilik mənbələri Türkiyənin ötən bir neçə ay ərzində, Tel-Əvivlə ticarət əlaqələrin kəsilməsi ilə bağlı iddiasının əksinə olaraq neft, neft-kimya, qida maddələri və əsaslı mallar daşıyan 108 gəminin sionist rejiminə göndərdiyi haqda məlumat veriblər.
Yəmən gəmiçilik mənbələri dünən (cümə günü) Türkiyə dəniz limanları ilə işğal olunmuş Fələstin limanları arasındakı ticarət gəmilərinin hərəkət prosesinin və Ankaranın Tel-Əvivə yardımlarının təfərrüatlarını açıqlayıblar.
Bu mənbələr Türkiyə gəmilərinin işğal altındakı Fələstin istiqamətindəki hərəkətlərinin bir neçə dəfə baş verdiyini qeyd ediblər. Hərçənd ki, Türkiyə İsrail ilə əlaqələrin kəsildiyini iddia edir.
Bu mənbələrin verdikləri məlumata görə, gəmilərin Türkiyədən işğal altındakı Fələstin istiqamətindəki hərəkət prosesi Qəzzə müharibəsi boyunca daha da artıb. Əslində, Türkiyənin Tel-Əvivlə ticarət fəaliyyətləri 2024-cü ilin May ayının 4-dən Dekabr ayının 7-nə qədər olan zaman fasiləsində, yəni Türkiyənin bu rejimlə əlaqələrini kəsdiyini elan etdiyi vaxtda artıb.
Türkiyə və İsrailin uzun illərdən bəri geniş ticarət əlaqələri olub. Hətta onların siyasi əlaqələri gərgin olan dövrlərdə belə ikitərəfli ticarət əlaqələri mənfi təsir görməyib.
Son onilliklərdə iki tərəf arasındakı ticarət dəyəri davamlı şəkildə artıb və Türkiyə İsrailin əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Türkiyənin İsrailə ixrac etdiklərinə kənd təsərrüfatı məhsulları, maşınlar, kimyəvi maddələr və tekstil daxildir. İsrail isə Türkiyəyə qabaqcıl texnologiya, kimyəvi məhsullar və elektron avadanlıqlar kimi məhsullar ixrac edir.
2022-ci il iki tərəf arasındakı ticarət əlaqələrində mühüm dönüş nöqtəsi hesab olunur. Çünki bu il görünməmiş ticarət həcmi və Türkiyənin İsrailə 6.7 milyard dollarla dördüncü ən böyük ixracatçı olması ilə yadda qaldı. Əsas sahələr 1.2 milyard dollar dəyərində dəmir və polad, 670 milyon dollar dəyərində kimyəvi maddələr, 545 milyon dollar dəyərində maşınlar və digər maddələrin ixracatı idi.
Qeyd etmək lazımdır ki, Türkiyə dəmiri İsrail bazarına olan ixracat siyahısının əvvəlində yerləşir və müxtəlif sənayelərdə, o cümlədən hərbi sənayedə istifadə olunan İsrailin polad ehtiyacının 65%-ni təmin edir.
Həmin ildə Türkiyənin dəmir və polad istehsalı və ixracatında ixtisaslaşmış 17 şirkəti ixracatın artması üçün 400-ə yaxın İsrail şirkəti ilə əməkdaşlıq müqavilələri imzalayıb. İsrail 2022-ci ildə Türkiyəyə ixrac edənlərin siyahısında 29-cu yerdə olub və onun Türkiyəyə ixracat həcmi 2.5 milyard dollar təşkil edib. İsrailin Türkiyəyə ixrac etdikləri sırasına kimyəvi maddələr, son plastik məhsullar, neft məhsulları və digər maddələr daxil olub.

Yəmən mənbələri, həmçinin bildiriblər ki, Türkiyə gəmiləri Hayfa və Aşdod dəniz limanlarına çatmaq üçün Misirdən və Aralıq dənizindən keçib. Üstəlik, Türkiyənin yük gəmiləri işğal olunmuş Fələstin dəniz limanlarına 340 dəfə səfər edib.
Yəmən gəmiçilik mənbələri hesabatlarının sonunda 2024-cü ilin May ayından Dekabr ayına qədərki vaxt ərzində Türkiyənin 108 gəmisinin işğal altındakı Fələstin dəniz limanlarına daxil olduğunu yazıblar. Bu gəmilərin yükləri neft, neft-kimya, qida maddələri və əsaslı mallar olub.