İsrailin Qəzzaya hücumlarından sonra dünyada müxtəlif markaların məhsulları boykot edilərkən, Türkiyədə yerli təmizlik məhsullarının satışında ciddi artım olub.
AA-nın məlumatına əsasən, ERCN kimyəvi sanitariya məhsullarının satış müdiri Ərdoğan Akkuş bu gün (18 dekabr) mövzu ilə bağlı AA müxbirinə verdiyi açıqlamada istehlakçıların son bir ildəki boykot hadisələri səbəbiylə daha həssas davranışlarının işlərinə də təsir etdiyini ifadə edib.
Tələbə uyğun olaraq satış nöqtələrini, distrubitor və logistika şəbəkəsini daha da inkişaf etdirərək xidmət göstərdiklərini ifadə edən Akkuş deyib: Bu kontekstdə əməkdaşlıq etdiyimiz yerli bazarlar var. Onlar da yerli və milli məhsullarımızı dəstəkləyirlər. Ölkə iqtisadiyyatına töhfə vermək üçün tələb olunan xammalın 100 %-ni özümüz istehsal edə bilməsək də, 50 %-ni özümüz istehsal edə bilərik. Biz yerli istehsala daha çox üstünlük verməliyik ki, qazandığımız pul da daxildə qalsın və iqtisadiyyatımızda öz əksini tapsın.
Akkuş həmçinin deyib: Ümid edirəm ki, ölkə olaraq bu boykotdan sonrakı dövrdə yerli və milli məhsullardan istifadə etməyə davam edəcəyik.
Bu ili 38% artımla bağlayacaqlarını ifadə edən Akkuş əlavə edib: Bu proses şirkətimizin satışlarına da təsir edib və inkişafa səbəb olub. Bu boykotdan əvvəl Türkiyədə içdiyimiz qəhvədən, sürdüyümüz maşınlara, ağ əşyalarımıza qədər… İstifadə etdiyimiz yuyucu vasitələrin xaricdən alınmasına ehtiyac yoxdur və biz bunu öz sektorumuzdan işıqlandırmağa çalışırıq.