İsrail mediası İsraildəki bank xidmətlərinin kiberhücumun hədəfinə çevrildiyini göstərən xəbərləri araşdırdıqlarını açıqlayıb.
İRNA-nın verdiyi məlumata görə, sionist hakimiyyət orqanları bu gün (15 dekabr) bank sektoruna dünən gecəki kiberhücum barədə heç bir reaksiya verməyib.
Məlumata görə işğal altında olan Fələstində kredit kartı sistemi noyabrın 20-də kiberhücum nəticəsində sıradan çıxıb.
Sionist mediası işğal olunmuş ərazilərdə kredit kartlarına dəstək sisteminin kiberhücumun hədəfi olduğunu elan edib.
Yediot Aharnot qəzeti etiraf edib ki, bu, işğal olunmuş ərazilərdə kredit kartı xidmətləri son 2 həftədə ikinci dəfədir ki, kiberhücum nəticəsində pozulub.
Sionist “Globes” qəzeti oktyabrın 29-da bildirib ki, elektron bank xidmətləri sahəsində fəaliyyət göstərən və kredit kartı əməliyyatları üçün müxtəlif klirinq və ödəniş şirkətləri arasında əlaqəni təmin edən “Şifa” şirkəti kiberhücumun hədəfi olub və onun fəaliyyəti pozulub.
Əl-Əqsa Tufanı əməliyyatının başladığı gündən sionist rejim hərbi hücumlarla yanaşı, geniş kiberhücumlarla da üzləşib və Təl-Əviv bu hücumları dəf etmək üçün “elektron günbəz” yaratmaq üçün səy göstərir
Sionist rejimin “Kiber Departamenti”ndə beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Aviram Atzaba bir müddət əvvəl demişdi ki, 7 oktyabr müharibəsi başlayandan bəri İsrailə qarşı kiberhücumların sayı artıb.
O, bu kiberhücumları “səssiz və görünməz müharibə” adlandırıb və əlavə edib: Təl-Əviv Qəzza müharibəsi başlayandan bəri 800 böyük kiber hücumla üzləşib.