Müqavimət ədəbiyyatını iki zamana; Əqsa tufanından əvvəl və sonra bölmək olar. 2023-cü il oktyabrın 7-də baş verən hadisə ədəbiyyatda və qələm əhlinin gözündə Fələstin məsələsinə başqa bir çalar qatdı və bunun ən az təsiri dünyanın hər yerindən Fələstin məsələsinə ədəbiyyat və mədəniyyət əhlinin diqqətini cəlb etmək oldu.
Dünya uzun illərdir ki, müxtəlif dinlərə, rituallara və fərqli dillərə malik müxtəlif ölkələrin yazıçıları arasında belə bfikir birliyi görməmişdi.
Son bir ildə Fələstin haqqında yazmaq və xalqının manifestini yaşatmaq coğrafi hüdudları aşaraq qlobal narahatlıq doğurub. Livan İncəsənət Universitetinin ədəbi tənqid və Fələstin Dünya Ədəbiyyat Mükafatının birinci mərhələsinin qalibi professor Raidə Əli Əhməd Fələstin məsələsi barədə tədqiqat aparan yazıçılardandır. Onun “Vitriyatul-Hüriyyə” adlı kitabı vətən axtarışında olan bir xalqın müqaviməti, iztirabları və ideallarından bəhs edir.
Bu hekayələr toplusu gözəl və mətnlərarası qələmlə, qısa hekayələr şəklində simvolik və emosional dillə yazılmışdır. Müəllif sevgi məsələsini vətən azadlığı ilə məharətlə iksirə çevirib.Onun fikrincə vətən sevgisi və azadlığı fədakarlıq tələb edir. Bu hekayələr və onun personajları şəklində o, sionist rejimin irqi ayrı-seçkilik siyasətlərinə qarşı vətənpərvərliyi gözəl təsvir etmişdir. “Əl-Bəndəqiyyətul İsna” və “Əs Sobhu iza Tənəffəs” başlıqları ilə iki fəsildən ibarət bu hekayələr toplusu oxucunu Hebron, Qüds, Qəzza və Qərb sahilinin digər şəhərlərindəki məzlum Fələstinə həsr edib.
İsrail Fələstinin qədim sivilizasiyasını məhv etməyə çalışır
Bu əsərin yazılma məqsədi haqqında yazıçı deyir: Fələstin məsələsi öz tarix və coğrafiyasından zorla qoparılan insanların məsələsidir. İnsanların problemi düşmən bu sivilizasiyanı və onun torpağını zəbt edib ona sahib çıxmaq üçün min illik tarixi olan qədim sivilizasiyasını məhv etməyə çalışmasıdır.
Fələstin məsələsinin bəşər övladının dərinliklərinə işləyən bir problemə çevrilməsi üçün zaman və məkan hüdudlarını aşdığını vurğulayan yazıçı deyor: Bu məsələ azadlığa can atan insanları zülmlə mübarisə hisslərinə təsir edir. Fələstin məsələsini haqq-ədaləti sevən hər bir azad insan hiss edir. Sionistlər bu insanların ata-babalarının torpağını qəsb edərək tarixin dərinliklərində kök salmış sivilizasiyanı saxtalaşdırıb. Biz bu məsələyə mənsubluğu varis olan bir xalqıq. Biz zəfərə, şəhadətə qədər bu mübarizəyə dəstək verməyə davam edəcəyik.
Bu livanlı yazıçı “söz”ü Fələstinin işinə xidmət etmək üçün kəlam əhlinin əlində olan güclü alət və öldürücü silah hesab edir. O deyir: Əgər Kəlam əhli zalım sionistlərə qarşı sözdən istifadə etməyi bacararlarsa, imperialist sistemə qarşı müqavimət göstərmiş olarlar.
Sözlərlə müqavimət
“Vitriyat əl Hüriyyə” kitabının müəllifinə görə; Maarifləndirmə və media da bu yollardan biridir. Qələm Fələstin məsələsi ilə bağlı məlumatlılığı artırmaqla etibarlı və düşünülmüş məlumat verir, ictimai rəyi islah, düşmənin kor-koranə vəhşiliyini ifşa edir və Fələstin məsələsinə işıq salır.
O, “emosional təsir”i Fələstin müqavimət ədəbiyyatının təsirlərinin başqa bir hissəsi hesab edir “Hekayələr və şeirlər şəklində nitq insanların hisslərinə təsir edə bilər və onları Fələstin məsələsinə empatiya təsir və aydın mövqelər tutmağa sövq edə bilər.
Bu livanlı yazıçının qeyd etdiyi başqa cəhət də “yekdillik” və “həmrəylik”dir. Son bir ildə “Fələstin” və “Qəzza” İslam dünyasında və digər ölkələrdə bir çox müəllifin əsərlərinin diqqət mərkəzində olub. Əsərlərin hər biri Qəzza əhalisinin dünyanın ən böyük həbsxanasındakı həyatına yeni rakursdan baxmağa çalışır”.
Əli Əhməd müxtəlif ölkələrin yazıçıları arasında bu fikir birliyinin yaradılmasına toxunaraq deyib: Söz insanları bir səsə çevirir və nümayişlər təşkil edir və dəyişikliyə təkan verir. Digər tərəfdən, bu əsərlər inandırıcı arqumentlərin təqdim olunmasına gətirib çıxarır. Şəkillər güclü səbəblərlə sənədləşdirilən əsaslı fakt və dəlillərdən istifadə Fələstin münaqişəsinə dəstəyi gücləndirir.
O, bu kateqoriyadan olan əsərlərin daha bir üstünlüyü kimi “mədəni-tarixi əlaqə”nin yaradılmasını qeyd edir: Söz mövzunu tarixi-mədəni köklərə bağlayır, ona daha dərin məna verir, insana aidiyyəti hiss etdirir və insanda öz tarixinə qayıtmaq hissi yaradır.
O, daha sonra ədəbiyyatın və sənət əsərlərinin Fələstin idealının çatdırılmasında və xalqlar arasında empatiya yaradılmasında təsirinə diqqət çəkərək deyib: Müqavimət ədəbiyyatı Fələstin xalqının ağrı-acılarını oxucuda empatiya hiss etdirəcək və onun ölçülərini başa düşəcək şəkildə çatdıra bilər. Həmçinin, ədəbi əsərlər bir çox insana uzaq və ya mücərrəd görünə bilən fərdi cəhətləri göstərə, ictimai şüurun artmasına, siyasi fəaliyyətin stimullaşdırılmasına kömək edə bilər. Ədəbiyyat, xüsusən də bədii ədəbiyyat azadlıq hərəkatının güclənməsinə kömək edir, insanları mübarizəyə, müqavimətə çağırır.
Mediada Fələstin məsələsini boykot edin
Fələstin Dünya Ədəbiyyatı Mükafatının sahibi bu mükafata qatılma səbəbinin İsrailə qarşı söz silahı ilə mübarizə olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, “Vitriyyat əl Hüriyyə” kimi əsərlər nəşr etdiməklə bərabər Fələstinlə bağlı adətən boykot edilən və xarici mediada müzakirə olunmayan faktları danışaraq İsrailin əsl simasını göstərməyə çalışır. O, bu mükafatın seçilmiş əsərlərinin qlobal auditoriyasını genişləndirməyin yollarından da danışıb: Tərcümə və ötürmə hərəkatının aktivləşdirilməsi, Qələm əhlinin bir araya toplanması, məsələnin hərtərəfli bəşəri məsələ kimi qəbul edilməsinə təkan vermək ən yaxşı vasitələrdəndir. Bu sektorda isə xəbərin yayılmasında medianın rolu həddən artıq qabarıqdır.
Bu livanlı yazıçı qlobal səviyyədə Fələstinə aid ədəbi mükafatların yaradılmasını vurğulayaraq deyib: Belə mükafatların yaradılması təcili və zəruri ehtiyacdır. Bu, təkcə maddi mənfəət əldə etmək üçün deyil, məsələ ilə bağlı insan qrupları yaratmaq və Fələstin məsələsinə daha dərin və əhatəli məna vermək üçün mədəni-tarixi bağ yaratmağa çalışan ədəbi birliklər yaratmaqdır.
Onun sözlərinə görə, qaniçən irticaçı imperialist düşmənə qarşı mübarizə üçün silahla yanaşı söz də lazımdır. Yumşaq döyüş cəbhədəki döyüşlərdən heç də az əhəmiyyət kəsb etmir. Müqavimət təkcə silahla deyil, həm də söz və sabitliklədir.
Müqavimət ədəbiyyatının yeni nəsil yazıçılarının yetişdirilməsi
Seminar və təlim kurslarının keçirilməsi, ədəbi müsabiqələr üçün qrantların verilməsi, nəşriyyat platformalarının yaradılması, mütaliə mədəniyyətinin gücləndirilməsi və təbliği, klub və dərnəklərə dəstək, yazıçıların görüşlərinin artırılması, müqavimət ədəbiyyatının kurrikuluma salınmasına çalışmaq tədbirlər sırasındadır. Bu müəllif Fələstin müqavimətinin rəvayətçilərini təşviq etmək və gücləndirmək üçün edə bilər. Onun sözlərinə görə; Bütün bu hərəkətlər ruhlandırıcı mühit yarada bilər və ədəbi istedad və yazı inkişafının dəstəklənməsinə kömək edə bilər.
İnsan məsələləri tarixdən, coğrafiyadan, irqdən və rəngdən kənardır
Müqavimət ədəbiyyatı sahəsində yeni nəsil yazıçılar yetişdirməyə davam edən Raidə Əli Əhməd bunu bu sahədə ən zəruri şeylərdən biri hesab edərək vurğulayıb: Yeni nəsli yazmağa həvəsləndirmək üçün yaradıcılığı gücləndirmək üçün müxtəlif üsullardan istifadə etmək olar. Yazı seminarları və forumlar vasitəsilə gənc nəslə dəstək olmaq üçün həvəsləndirici mühit yaratmaq, yeni üslubları öyrənmək, dil və düşüncələri inkişaf etdirmək üçün mübarizə və müqavimət ədəbiyyatı sahələrində müxtəlif kitabların oxunmasını təşviq etmək, ünsiyyəti gücləndirmək üçün bloqlar kimi rəqəmsal platformalar yaratmaq ən yaxşı vasitədir. Bütün bunlar yazı dünyasında müasir gəncləri ruhlandıra bilər və onların marağını yazıya və müqavimət hekayələrini ifadə etməyə yönəldə bilər.
Yazımı vurğulayıb: Biz Fələstin məsələsini insanlıq və azadlıq, qurtuluş, həqiqət, ədalət, istiqlal və işğalçıya qarşı müqavimətlə bağlı müasir anlayış və terminlər gözü ilə görməliyik. Bəşəri məsələlər tarixdən, coğrafiyadan, irqdən və rəngdən kənardır. Tarix insanın öz haqqını və varlığını sübut etmək üçün mübarizə apardığı nümunələr və dərslərlə doludur.