Türkiyədə daha bir marka boykota məruz qalmağa başlayıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatda vurğulanıb ki,”Kahve Dünyası” adlı qəhvə brendi yəhudiləri təbrik etmək məqsədilə öz rəsmi portallarında açıqlama yayıb.
Açıqlamadan sonra insanlar etiraz kampaniyasına başlayıblar.
Qeyd olunub ki, Qəzzada uşaqların öldürüldüyü bir dövrdə yəhudiləri təbrik etmək Türkiyənin müsəlman əhalisinə təhqirdir.
Sosial şəbəkə istifadəçiləri artıq sözügedən brendi boykot edəcəklərini diqqətə çatdırırlar.