Minlərlə ispaniyalı mitinq keçirərək ölkə rəsmilərindən sionist rejimlə bütün siyasi və ticarət əlaqələrinin kəsilməsini tələb ediblər.
İRNA-nın məlumatına əsasən, bu gün (26 noyabr) İspaniyanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edərək İsrail rejimi ilə ticarət əlaqələri kəsilməyənə qədər bu etiraza davam edəcəklərini vurğulayıblar.
Aksiya iştirakçıları “Fələstin soyqırımına son” və “İsraillə ticarət əlaəqələri dayandırılsın” kimi şüarlar səsləndirərək Qəzzə xalqına bu minvalla dəstək ola biləcəklərini deyiblər.