Çərşənbə, Aprel 30, 2025

Hizbullahın İsraildə yaratdığı dağıntılar

Çox oxunanlar

Hizbullahın açdığı dəstək cəbhəsi İsrailin şimalında böyük itkilərə səbəb olub. Şimalda məskunlaşanların inamı sarsılıb və insanların çoxu öz evlərinə qayıtmaq istəmir. Milyarlarla dollar iqtisadi ziyana uğrayan İsrail gözlədiyi hərbi nailiyyətləri əldə edə bilmədi.

2023-cü ilin oktyabrında Hizbullahın İsrailə qarşı raket əməliyyatları ilə başlayan qarşıdurmalar İsrailin şimalında ciddi təsirlər göstərdi.

Əvvəlcə məhdud bir cəbhə olaraq görülən Livan sərhədi zaman keçdikcə nəzarətsiz qarşıdurma bölgəsinə çevrildi və şimaldakı köçkünləri daxili köç etməyə məcbur etdi.

Qətər rejiminin Əl-Cəzirə televiziyasının verdiyi məlumata görə, İsrailin şimalında təxminən 28 yaşayış məntəqəsi boşaldılıb və məskunlaşanların İsrail ordusunun təhlükəsizliyi təmin etmək qabiliyyətinə şübhələri var .

İsrailin aparıcı tədqiqat şirkətlərindən biri olan Maagar Mohot tərəfindən aparılan sorğuya görə, şimaldan təxliyə edilənlərin 70 faizi döyüşlər bitsə belə, evlərinə qayıtmaq istəmədiklərini bildiriblər.

Strateji itkilər

Əl-Cəlil bölgəsi İsrail üçün tarixi və strateji əhəmiyyət kəsb edən bölgə kimi tanınsa da, hazırda Hizbullahın əməliyyatları səbəbindən məskunlaşanlar üçün əlverişsizdir.

Regiondakı hərbi bazalar və strateji mərkəzlər dəfələrlə hədəfə alınıb. Bu hücumlar İsrailin təhlükəsizlik anlayışına böyük zərbə vurdu. Məsələn, İsrailin Safeddəki hərbi kəşfiyyat mərkəzi və Qolani briqadasının qərargahı hücumlardan təsirlənib.

İsrailin qısamüddətli və sürətli nəticələr əldə etməyi hədəfləyən “ildırım müharibəsi” strategiyası bu uzunmüddətli qarşıdurma mühitində təsirini itirmiş kimi görünür.

Üstəlik, hərbi müdafiə strategiyası şimalda mülki təhlükəsizliyi təmin etmək üçün kifayət deyildi.

Hərbi itkilər artır

Münaqişə 2023-cü ilin oktyabrında başlayandan bəri İsrail ordusu ciddi hərbi itkilər verib.

Son məlumatlara görə, təxminən 95 İsrail əsgəri həlak olub, 750-dən çoxu yaralanıb. Bundan əlavə, İsrailin ən mühüm zirehli bölmələrindən 38-i Merkava tankı zədələnib.

Milyarlarla dollar zərər

İsrailin şimalındakı münaqişələr də böyük iqtisadi ziyana səbəb olub. Yedioth Ahronoth qəzetinin məlumatına görə , təkcə 2024-cü ilin sentyabr və oktyabr aylarında baş verən münaqişələrin dəyəri təxminən 9 milyard dollar təşkil edib.

Hayfa kimi böyük iqtisadi mərkəzlərin Hizbullahın əhatə dairəsində olması İsrail iqtisadiyyatı üçün böyük təhlükə yaradır. Həftədə 63 milyon dollar zərərin olduğu təxmin edilir.

Bu münaqişələrdə turizm sektorunun da payı var idi. Əl-Cəlil bölgəsi hər il təxminən 1,5 milyon turist cəlb etdiyi halda, münaqişələr səbəbindən turizm sektorunda 3,5 milyard dollar itki olub.

Bundan əlavə, kənd təsərrüfatı sektoru böyük zərər çəkdi; Şimalda kənd təsərrüfatı fəaliyyəti demək olar ki, tamamilə dayandı və məhsullar tarlalarda qaldı.

Digər tərəfdən, şimalda məskunlaşanların əksəriyyəti münaqişələr bitsə belə, öz evlərinə qayıtmaq istəmir.

Araşdırmaya görə, təxliyə edilənlərin 68 faizi müharibə başlayandan bəri iş tapmaqda çətinlik çəkdiklərini bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This