Şənbə, Aprel 26, 2025

İsraildə müharibənin iqtisadi problemlərinin təzahürü: Əmək haqqının azaldılması

Çox oxunanlar

 Müharibənin İsrail üçün iqtisadi problemləri getdikcə daha çox gözə çarpır. Bu səbəbdən də gələn il ərzində işçilərin maaşlarının bir neçə faiz azaldılması qərara alınıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İsrail Hayom qəzeti çərşənbə axşamı (18 noyabr) yazıb: Maliyyə Nazirliyi ilə Hestdrot (Sionist Həmkarlar İttifaqı) arasında əldə olunan razılaşmaya əsasən, dövlət sektoru işçilərinin maaşları tam bir il müddətinə azaldılacaq.

Maliyyə naziri Bezazel Smotriç və Hestdrot-un rəhbəri Bar David arasında əldə edilən razılaşmaya əsasən, bir il ərzində bütün dövlət sektorunda çalışanların maaşının indiki əmək haqqı ilə müqayisədə 2,29% azaldılması qərara alınıb.

Bu endirim 12 ay müddətinə tətbiq olunacaq və 2026-cı ilin dekabrında başa çatacaq.

Bezazel Smotriç deyib: 2025-ci ilin büdcəsini problemsiz keçə biləcəyimizə ümid edirəm. Ona görə də biz ilk növbədə əmək sektorunun rəsmiləri ilə razılığa gəlməyə üstünlük verdik.

Müharibənin İsrail iqtisadiyyatı üçün yaratdığı problemlərə üstüörtülü şəkildə toxunan Smotriç deyib: Hamımız məsuliyyət daşımalı və qələbə əldə olunana qədər müharibənin davam etməsinə yardım etməliyik.

O, bu proqramlar vasitəsilə müharibənin iqtisadiyyat və bütün İsrail üçün yaratdığı çətinlikləri aradan qaldırmağa çalışdığını iddia edərək, eyni zamanda qələbənin şüar olaraq qalmamasını təmin etməyə çalışdığına diqqət çəkib.

Qeyd edək ki, qlobal iqtisadi reytinq təşkilatlarının hesabatına görə, İsrail bu il ən pis iqtisadi şəraitdən keçir və kredit reytinqi bir neçə dərəcə aşağı düşüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This