Almaniyada Şellinq Memarlıq Vəqfi Britaniyalı rəssama mükafatını verməkdən imtina edib.
Bu barədə Euronews məlumat yayıb.
Məlumatda vurğulanıb ki, rəssam və yazıçı Ceyms Bridl, İsrail rejiminin Qəzzaya hücumlarına görə İsrail qurumlarını boykot edəcəyini vəd edən məktub imzalayıb. Sözügedən vəqf də bunu əsas gətirərək mükafatı verməyib.
Rəssam və yazıçı Ceyms Bridl yekdilliklə “memarlıq nəzəriyyəsinə verdiyi görkəmli töhfələrə” görə bu ilin iyun ayında Şellinq Memarlıq Fondu tərəfindən iki ildə bir verilən Memarlıq Nəzəriyyəsi Mükafatına layiq görülüb.
Qeyd edək ki, hər iki ildən bir fond dörd qalibə “memarlıq nəzəriyyəsinə görkəmli töhfələrinə” görə 10.000 avro mükafat verir.