Fransa millisi ilə keçirilən oyunda sionist rejimin futbol komandasının azarkeşləri ilə fransalı azarkeşlər arasında qarşıdurmada “Estade de France” stadionunda gərgin atmosfer yaranıb.
İRNA-nın məlumatına görə, bu matç cümə axşamı gecə Fransada baş tutub və 20 min bilet satılıb.
Məlumata görə, stadionda sionist rejim komandasının 150-yə yaxın azarkeşi olduğu halda, əllərində bu rejimin bayraqları olan yəhudilər stadionda Fransa komandasının azarkeşləri və təhlükəsizlik qüvvələri ilə toqquşublar.
Verilən məlumata görə matç zamanı da gərginlik hiss edilib. Bəzi xəbərlərdə toqquşmaların stadionun kənarında da baş verdiyi bildirilir.
Rusiyanın Tass xəbər agentliyi də Fransanın “Equip” qəzetinə istinadən xəbər verir ki, bu toqquşmalar matçın başlamasından təxminən 20 dəqiqə sonra baş verib.
Bu xəbərə görə, Fransa prezidenti Emmanuel Makron da bu matçı izləmək üçün stadiona gedib.
Amsterdamda Hollandiya komandası ilə oynanılan matçdan sonra sionist rejim tərəfdarlarının zorakılıq hərəkətlərindən sonra Fransa polisi ciddi təhlükəsizlik tədbirləri görüb.