İsrail rejimi markalarının boykot edilməsi İsrailin Fələstinə qarşı soyqırımı və qətliamları səbəbilə bütün dünyada aksiyalar keçirilir.
Türkiyədə bəzi marketlərdə İsrail rejiminə yaxınlığı ilə tanınan firmaların məhsullarının üzərinə etiket vurulmağa başlanılıb.
Bu barədə yerli mediada məlumat yayılıb.
Məlumatda vurğulanıb ki, bir qrup fəal üzərinə “bu İsrail məhsuludur” yazılan etiketləri sözügedən ərzaqların üzərinə yapışdırırlar.
Eyni addımın İordaniyada və bəzi Avropa ölkələrində də atıldığı diqqətə çatdırılır.