Şənbə, Aprel 19, 2025

Ərdoğan: Türkiyə İsraillə ticarətini kəsdi

Çox oxunanlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimlə ticarət əlaqələrini kəsdiyini vurğulamaqla yanaşı, beynəlxalq ictimaiyyəti bu rejimə daha çox təzyiq göstərməklə Qəzzə böhranının həllini sürətləndirməyə çağırıb.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Azərbaycan Respublikasına səfərlərindən qayıtdıqdan sonra jurnalistlərə deyib: “Biz ərəb və türk ölkələri ilə “bir səs, bir ürək” olduğumuzu açıq şəkildə göstərmək üçün çalışırıq.”

“(Sionist rejimə) diplomatik təzyiqi artırmaq üçün İsraili bir neçə cəbhədə problemə salmaq məqsədilə fəal diplomatik səylər göstərmək vacibdir” – deyə, Ərdoğan bildirib.

O, Türkiyənin sionist rejimlə ticarət əlaqələrini kəsdiyini bildirərək deyib: “(Sionist rejimi) silahlandırma davam etdikcə, İsrail daha təcavüzkar olacaq və İsrailin dayandırılmadığı hər gün Fələstində və Livanda vəziyyət daha da pisləşəcək.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This