Çərşənbə, Aprel 30, 2025

The Marker: İsrail iqtisadiyyatının gələcəyi üçün parlaq üfüq yoxdur

Çox oxunanlar

Sionist rejimin iqtisadi mediası müharibənin bu rejimin iqtisadiyyatına dəhşətli təsir göstərdiyini etiraf edədərək Təl-Əvivin müharibənin bitməsindən bir neçə il sonra belə bu vəziyyəti düzəldə bilməyəcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, “The Marker” qəzeti İsrailin Qəzza müharibəsi barədə yazır: Son bir ildə İsraildə bağlanan müəssisələrin sayını azaltmaq bir yana, hesablamalar göstərir ki, bu rəqəm 2024-cü ilin sonuna qədər artacaq.

TheMarker bu məqalədə 2023-cü ilin oktyabrında Qəzzaya qarşı başlayan müharibədən sonra İsrail iqtisadiyyatının ağır itkilər verdiyini və müharibənin Livanın cənubuna yayıldıqca bu itkilərin daha da artdığını vurğulayıb.

Bu sionist qəzetin verdiyi məlumata görə, 2024-cü ilin birinci rübündə İsraildə təmsilçilik əldə etmək və şirkətlər açmaq tələbi əvvəlki illərin eyni dövrü ilə müqayisədə xeyli azalıb.

Bundan əlavə, bu hesabata görə, İsraildə bir çox biznes sahibləri əməliyyatlarını genişləndirmək və ya yeni biznes layihələri həyata keçirmək planlarını dayandırıb. Bütün bunlar bir il əvvəl başlayan və bitmək ümidi olmayan müharibə ilə əlaqələndirirlər.

Bu qəzet yüksək bank faizlərinin aşağı düşməsi üçün parlaq üfüqün olmadığını xatırladaraq yazır: İsrail nazirlər kabineti və bankları kredit verməyə tələsmir, şirkət sahibləri də bu problemi yaşayır. On minlərlə insan indi İsraildəki evlərini tərk edib və bir çoxları mövcud şəraitdə yeni kommersiya layihələrinin imkansız olduğunu deyirlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This