Şənbə, Aprel 19, 2025

Türkiyə İsraillə ticarətdə “Fələstin uçurumunu” aradan qaldırmağa çalışır

Çox oxunanlar

İddialara görə, Türkiyə Fələstinlə ticarətdə həyata keçirdiyi yeni üç mərhələli proseslə İsrailə dolayı yolla mal axınını dayandırmağı hədəfləyib.

Middle East Eye portalına məlumat verən üç mənbəyə görə , Türkiyə Fələstinə mal göndərməklə İsrailə tətbiq etdiyi embarqonu dolayı yolla pozmağa imkan verən boşluğu aradan qaldırmaq üçün yeni addımlar atıb.

Ankara İsrailin Qəzzaya hücumlarına cavab olaraq may ayında İsraillə 8 milyard dollarlıq ticarətini dayandırmışdı. Bu vəziyyət türk şirkətlərinin İsrailə mal göndərmək üçün Yunanıstan kimi üçüncü ölkələrdən istifadə etməsinə səbəb oldu.

Bununla belə, getdikcə daha çox istifadə edilən marşrut Fələstinə gedirdi. Son aylarda bəzi türk şirkətlərinin Fələstini məhsulların son mənzili kimi göstərən sənədlər hazırladığı ortaya çıxıb.

Buna baxmayaraq, mallar İsrailin Aşdod kimi limanlarına çatdıqdan sonra Fələstinli vasitəçilər vasitəsilə İsrail alıcılarına yönləndirilib. Bu dolayı ticarət Türkiyə hökumətinə təzyiq göstərirdi.

Buna cavab olaraq Türkiyə hökuməti Fələstinə ixrac edən şirkətlər üçün üç mərhələdən ibarət yeni bir proses başlatdı:

– Proforma faktura təsdiqi: Fələstinə mal idxal etmək istəyən Fələstin şirkətlərinin proforma fakturaları Fələstin İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənməlidir.

– Türkiyə Ticarət Nazirliyinə bildiriş: Təsdiq edilmiş fakturalar Fələstin İqtisadiyyat Nazirliyi tərəfindən Türkiyə Ticarət Nazirliyinə bildiriləcək.

– İxracın təsdiqi: Ticarətin təsdiqlənməsini təmin etmək üçün təsdiqlər Türkiyənin ixracatçı birliklərinə təqdim ediləcək.

Bu yeni proses oktyabrın 23-dən başlayıb və ticarəti müvəqqəti olaraq dayandırıb. Türkiyəli bir ixracatçı Middle East Eye-a bildirib ki, Fələstin şirkətləri yeni qaydalar çərçivəsində lazımi sənədləri əldə etməkdə çətinlik çəkirlər.

Başqa bir türkiyəli iş adamı bildirib ki, hökumət dəyişiklikləri iyun ayında elan etsə də, ictimai təzyiqlər nəticəsində dəyişikliklər indi həyata keçirilməyə başlayıb.

İsrail şirkətləri Fələstin Muxtariyyəti nəzdində qeydiyyatdan keçib

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin Fələstinə ixracatı ilin ilk 10 ayında yüzdə 542,5 artaraq 102 milyon dollardan 661 milyon dollara yüksəlib.

Təkcə oktyabr ayında Fələstinə ixrac 672 faiz artaraq 12 milyon dollardan 95 milyon dollara çatıb.

Xüsusilə polad ixracında böyük artım oldu; Ötən ilin eyni ayı ilə müqayisədə yüzdə 5400 artımla 459 min dollardan 25 milyon dollara yüksəlib.

Kimyəvi maddə və məhsul ixracı da yüzdə 8575 artaraq 143 min dollardan 12 milyon dollara yüksəlib.

Middle East Eye -a danışan başqa bir mənbə bildirib ki, bəzi İsrail şirkətləri bu ticarəti davam etdirmək üçün Fələstin Administrasiyası nəzdində qeydiyyatdan keçmiş müəssisələr qurublar.

Türkiyənin atdığı yeni tədbirlərin İsrailə mal axınının dayandırılmasında nə dərəcədə təsirli olacağı hələ ki, qaranlıq qalır.

Mənbə bildirib ki, “Türkiyə hökumətinin embarqo pozuntularına nəzarət edən xüsusi bölməsi yoxdur. Ona görə də Ankaranın ticarəti tamamilə dayandırması çətin ki,” deyə o əlavə edib: “Şirkətlər hətta Şərqi Asiyaya ixrac üçün sənədlər hazırlaya və malları İsrailə yönləndirə bilərlər”.

Bəziləri iddia edir ki, guya Fələstin şirkətlərinə məxsus olan İsrailə gələn mallar minimal sənədləşmə ilə İsrail şirkətlərinə satıla bilər.

Bu arada Fələstin Administrasiyası Türkiyəni Ramallahla ticarət yollarını açıq saxlamağa çağıraraq, Türkiyənin İsraillə ticarətini dayandırdığı üçün türk mallarının Fələstin bazarlarına yalnız Fələstin şirkətləri vasitəsilə çatdığını iddia edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This