Belçikada fəaliyyət göstərən universitetlərin akademikləri İsrailə qarşı təhsili boykot etməyə çağıran birgə bəyanat imzalayıblar.
Antverpen Universitetinin sosial media hesabından verilən məlumata görə, Belçikanın müxtəlif təhsil müəssisələrindən 15 alim bəyanat imzalayaraq ölkədəki bütün universitetlərdən İsraillə müqavilələri dayandırmalarını tələb ediblər.
Antverpen Universitetinin professoru Gert Van Hecken verdiyi açıqlamada deyib: Belçika universitetləri bir akademik quruma yaraşmayan zəif arqumentlər arxasında gizlənməyi ilə bərabər İsrail institutları ilə əməkdaşlıqlarını dayandırmalıdırlar.
Van Hekken əlavə edib: Biz onların atəşkəs əldə olunana qədər əlaqələrini kəsmələrini istəyirik. Üstəlik, İsrail ilk növbədə aparteid siyasəti olmayan bir demokratiyaya çevrilməlidir. İnancından və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabərhüquqlu vətəndaş olduğu bir demokratiya. Biz sülh yolu ilə təzyiq göstərmək istəyirik.
Bəyanatda həmçinin bir ildir ölkədəki universitetlərdə keçirilən Fələstinlə həmrəylik nümayişlərinin də dəstəkləndiyi bildirilib.
Belçikalı akademiklər ölkədəki təhsil müəssisələrini İsraili boykot etməyə çağırıb
Çox oxunanlar