Türkiyənin İstanbul şəhərində yüzlərlə insan Anbarlı dəniz limanına axışıb.
İnsanlar İsrail rejimi ilə ticarət əlaqəsi quran şirkətin gəmilərinin Türkiyədə olmasına etiraz ediblər.
Nümayişçilər İsrail rejimi əleyhinə şüar səsləndiriblər və sözügedən gəmilərin dərhal ölkədən çıxarılmasını tələb ediblər.
Aksiyada çıxış edənlər Türkiyə hökumətindən İsrail rejiminə qarşı tam boykot kampaniyası başlatmasını da tələb ediblər.
Hadisə yerinə çox sayda polis qüvvələrinin də yeridildiyi diqqətə çatdırılıb.