İspaniya Müdafiə Nazirliyi İsrail şirkətlərinin 2025-ci ildə Madriddə keçiriləcək 4-cü Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində (FEINDEF) iştirakına icazə verilməyəcəyini açıqlayıb.
Anadolu Agentliyinin məlumatına əsasən, İspaniya Müdafiə Nazirliyinin dövlət katibi Amparo Valkarse deyib: FEINDEF-də İsrail və yaxud bu ölkə ilə əlaqədar hər hansı bir şirkət korporativ iştirakı olmayacaq. İspaniya Fələstin və Livanda sülh və təhlükəsizliyə sadiqdir və beynəlxalq humanitar hüquqa hörmət edir. FEINDEF buna biganə qala bilməz.
Dünyanın ən əhəmiyyətli 10 müdafiə sərgisindən biri olduğu qeyd edilən FEINDEF-də 400-dən çox şirkətin iştirak edəcəyi açıqlanıb.
Sərgi 12-14 may tarixlərində Madriddə keçiriləcək.