Nyu Yorkdakı Kolumbiya Universiteti ilk dəfə İsrail tərəfdarı olan müəllimini Fələstin dəstəkçisi olan işçilərdə “qorxu yaradaraq əziyyət etdiyi” üçün müvəqqəti olaraq işdən kənarlaşdırıb.
İRNA-nın məlumatına əsasən, Shai Davidei adlı Kolumbiya Universiteti müəllim dəfələrlə Fələstin dəstəkçisi olan işçilərə anti-israil aksiyalarında iştirak etdikləri üçün təhdid və təhqirlərə məruz qoyurmuş. Bu səbəbdən də universitet rektorluğu müvəqqəti olaraq Shai Davideinin işdən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Məlumata görə bu qərar ilk növbədə Shai Davidei şəxsən və gizli şəkildə elan olunub. Amma sonralar universitetin media mərkəzi olan Columbia Spectator tərəfindən ifşa edilib.
Qeyd edilir ki, universitetin həyəti sionist rejimin Qəzzə zolağında soyqırım müharibəsi başlandığı gündən Davideinin İsraili müdafiə etmək üçün şəxsi obyektinə çevrilmişdi.