Türkiyənin dövlət telekanalı olan TRT-nin mobil tətbiqlərində İsraillin “AppsFlyer” platformasının istifadə edildiyi ortaya çıxıb.
Bu platform vasitəsilə istifadəçilərin məlumatları, o cümlədən yer məlumatları, İsrail serverlərinə ötürülür və burada saxlanılır.
Məlumat Türkiyədə sosial şəbəkələrdə yayıldıqdan sonra boykoy çağırışları edilib.
Fəallar TRT-nin İsrail rejimi ilə əlaqələri dayandırmağa və boykot etməyə çağırış ediblər.
Qeyd edək ki, “AppsFlyer” mobil tətbiqlərin marketinq kampaniyalarını təhlil edən bir sistemdir, və istifadəçilərin məlumatlarını analiz edir.

