Sionist rejim mediaları Livanla müharibənin dəyərinin 130 milyard şekeldən, təxminən 36,7 milyard dollardan 140-150 milyard şekelə, (39,5-42,4 milyard dollara ) yüksəldiyindən xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, işğalçı rejiminin hücumlarının genişlənməsi və bir neçə cəbhədə gərginliyin artması iqtisadi göstəricilərinə mənfi təsir edir və başlıca olaraq xarici investorların İsraildən sərmayələrini qaldırmasına səbəb olub.
Müharibə Kabineti 2024-cü maliyyə ili büdcəsini 727,4 milyard şekelə (təxminən 192 milyard dollar), habelə mülki şəxslərin evakuasiyasını maliyyələşdirmək və ehtiyatda olan əsgərlərə maaş vermək üçün əlavə olaraq 3,4 milyard şekel (təxminən 924 milyon dollar) artırmağa vadar etdiyini elan edib.
İsrail rejiminin Maliyyə Nazirliyi ötən ilin avqustunda büdcə kəsirinin 12,1 milyard şekelə (3,24 milyard dollar ekvivalentinə) çatdığını açıqlamışdı ki, bu da avqustda bitən 12 ayda ÜDM-ə nisbətdə 8,3%-ə, keçən iyulda isə 8%-ə çatdığını elan etmişdi.
Qeyd edək ki, sionist rejimin İqtisadiyyat nazirliyinin bu hesabatı İsrail iqtisadiyyat ekspertlərinin dedikləri ilə tam fərqlidir. Çünki onlar dövlət büdcəsindəki kəsirin bu rəqəmdən daha artıq olduğunu deyirlər.