Fransa prezidenti oktyabrın 5-i İsrailin Qəzzaya hücumlarında istifadə edəcəyi silah təminini dayandırmağa çağırıb.
AA-nın verdiyi məlumata əsasən, bölgədə prioritetin siyasi həll yoluna qayıtmaq və Qəzzaya hücumlarda istifadə olunacaq silahların daşınmasını dayandırmaq olduğunu bildirən Makron, İsrailin beynəlxalq hüquq və humanitar hüquqa riayət edərək özünü müdafiə etməli olduğunu bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu Makronun İrana qarşı “sivilizasiya” uğrunda mübarizə apardığını əsas gətirərək, onun açıqlamalarına reaksiya verib və Qərb liderlərinin İsrailə silah embarqosu tətbiq etmək çağırışlarını “utancverici” adlandırıb.
Netanyahunun açıqlamaları ilə bağlı Yelisey Sarayından verilən açıqlamada Fransanın İsrailin sarsılmaz dostu olduğu vurğulanıb və “Netanyahunun sözləri çox uzağa gedir və bunun Fransa ilə İsrail dostluğu ilə heç bir əlaqəsi yoxdur” ifadəsi işlədilib.