Şənbə, Aprel 26, 2025

İsrail sığorta şirkətləri zərərdədir

Çox oxunanlar

Sionist rejimin mərkəzi sığorta qurumunun verdiyi açıqlamaya görə, Qəzza müharibəsi bu quruma 600 milyon dollardan çox ziyan vurub.

Sionist rejimin mərkəzi sığorta qurumu hesabatında belə bir açıqlama verib: Qəzzaya qarşı müharibənin səbəb olduğu ümumi xərc, təzminat və pensiya ödənişləri 2,4 milyard şekel (640 milyon ABŞ dolları) təşkil edib.

Pars Today-in məlumatına görə, bu hesabatda qeyd olunub ki, ötən il 70 min sionist İsrailin mərkəzi sığorta təşkilatına müraciət edib və onların bu müharibədə yaralandığını iddia ediblər.

Bu arada, sionist rejimin mərkəzi sığorta qurumunun verdiyi bəyanata əsasən, indiyədək 12 min 500-dən çox sionist sığorta təşkilatına müraciət edərək, müharibədə daimi əlilliklərinin tanınmasını istəyib. Bunlardan 11 760-ı psixoloji pozuntu, 527-si fiziki xəsarət, 441-i həm fiziki, həm də psixoloji zədə ilə əlaqədar müraciət edib.

Sionist rejimin mərkəzi sığorta qurumu yaxın aylarda daha minlərlə insanın psixoloji və maddi yardıma ehtiyacı olan əlillər siyahısına əlavə olunacağını təxmin edir.

Oktyabrın 7-dən etibarən sionist rejim Qərb ölkələrinin tam dəstəyi ilə Qəzza zolağı və İordan çayının qərb sahilində müdafiəsiz və məzlum Fələstin xalqına qarşı genişmiqyaslı qırğına başlayıb.

Buna cavab olaraq Qəzzədəki Fələstin müqaviməti və Livan, İraq, Yəmən və Suriyadakı digər müqavimət qrupları bu cinayətlərin əvəzini işğalçı rejimdən alacaqlarını bəyan ediblər.

Son məlumatlara görə, sionist rejimin Qəzzəyə hücumları nəticəsində indiyədək 41 mindən çox fələstinli şəhid olub, 96 mindən çox insan isə yaralanıb.

İsrail rejimi 1917-ci ildə ingilis imperializminin planları ilə müxtəlif ölkələrdən yəhudilərin Fələstin ərazilərinə köçməsi ilə qurulmuş və 1948-ci ildə varlığı elan edilmişdir.

O vaxtdan bəri Fələstin xalqını soyqırım etmək və bütün torpaqlarını ələ keçirmək üçün müxtəlif kütləvi qətl planları həyata keçirildi.

İran İslam Respublikasının başçılıq etdiyi bəzi ölkələr İsrailin müstəmləkə rejiminin ləğvi və yəhudilərin öz ölkələrinə qayıtmasının ciddi tərəfdarıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This