Türkiyədəki qeyri-hökumət təşkilatları İsrailin fələstinlilərə qarşı soyqırım hücumlarına cavab olaraq bu gün ölkə daxilində Fələstinə dəstək yürüşləri təşkil edəcək.
Yirmidort.tv-nin məlumatına əsasən, İsrailin 7 oktyabr 2023-cü ildə fələstinlilərə qarşı hücumlarına başlamasından bir il ötür. Soyqırıma çevrilən hücumlarda 42 minə yaxın dinc sakin həlak olub, 100 min insan isə yaralanıb.
Yürüşlər “Müqavimətə salam, sionizmə lənət” şüarı ilə keçiriləcək və İsrailə qarşı reaksiya verəcəklər.
Anadolu Qeyri-Hökumət Təşkilatları Platformasının 60-dan çox şəhərdə təşkil edəcəyi aksiyalarda İsrailə dəstək verən şirkətlərə qarşı boykot çağırışı ediləcək.
Platforma bəyanat yayaraq elan edib: Biz vicdanlı insanları küçələrə çıxmağa və İsraili dəstəkləyən şirkətlərin məhsullarını boykot etməyə dəvət edirik.