Çərşənbə, Aprel 30, 2025

Almaniya İsrailin Qəzzada törətdiyi soyqırım və alman polisinin zorakılığına etiraz edir

Çox oxunanlar

Almaniyanın İsrailin Qəzzada törətdiyi soyqırımı və Fələstin nümayişləri zamanı alman polisinin fəallara qarşı zorakılığa etiraz edilib.

Anadolu Agentliyinin məlumatına əsasən, Fələstin dərnəkləri tərəfindən paytaxt Berlində İsrailin soyqırımı və polis zorakılığına etiraz olaraq təşkil edilən nümayişə minlərlə insan qatılıb.

Berlin Polis İdarəsi binasının qarşısına toplaşan nümayişçilər daha sonra Fridrix küçəsinə Fələstin və Livan bayraqları ilə yürüş edərək İsrailin Qəzza və Livana hücumlarına etiraz olaraq “Almaniya maliyyələşdirir, İsrail bombalayır”, “Fələstinə azadlıq”, “Terrorçu İsrail”, “İsraili boykot edin”, “Soyqırımı dayandırın” kimi şüarlar səsləndirilib.

Etirazçılar əllərində “İsrailin qanlı soyqırımını dayandırın. O, indi Fələstində və Livanda çox qan tökür“, “Demokratiyanın zorakılığa deyil, hörmətə ehtiyacı var“, “Bizimlə olmaq üçün müsəlman olmaq lazım deyil“, “Atəşkəs” yazıları və plakatlar daşıyıblar.

Aksiyada edilən çıxışlarda polisin bir ildir davam edən Fələstinə dəstək nümayişlərinə heç bir səbəb olmadan müdaxilə etdiyi vurğulanıb.

Fəallar polisin təzyiqinə boyun əyməyəcəklərini və bundan sonra da nümayişlərin davam edəcəyini açıqlayıblar.

Yürüş yoluna toplaşan İsrailyönlü qrup İsrail bayraqlarını açaraq yürüşü təhrik etməyə çalışıb.

Polis Fələstinə dəstək nümayişində iştirak edənlərlə onları təhrik edənlər arasında polis avtomobillərini yerləşdirərək gərginliyin artmasının qarşısını alıblar.

Nümayişin sonunda polis 3 nəfəri saxlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This