Dünyanın hər yerində küçələrə çıxan insanlar sionist İsrailin soyqırım hücumlarını pisləyərək sionist rejimlə bütün əlaqələri kəsməyi tələb edirlər.
Etha15.com-un məlumatına görə Fələstin və Livan xalqlarının müqaviməti bütün dünyada aksiyalarla qarşılanıb. Əl-Əqsa Tufanı əməliyyatının birinci ilinə günlər qalmış keçirilən etiraz aksiyalarında sionist İsrailin soyqırım hücumlarına diqqət çəkilib və İsraillə bütün əlaqələrin kəsilməsi çağırışı edilib.
FRANSA
Fransanın paytaxtı Parisdə on minlərlə insan Fələstin və Livan xalqları ilə həmrəylik nümayiş etdirmək üçün küçələrə axışıb. Republika Meydanına toplaşan çoxlu sayda insan pankartlar və Fələstin bayraqları ilə Qəzza və Beyruta qarşı törətdiyi qırğınlara etiraz ediblər.
Aksiya zamanı İCOR-un 1-7 oktyabr aksiya həftəsi ilə bağlı çağırışı çərçivəsində vərəqələr paylanılıb. MLKP bayraqları daşıyan kortejdə tez-tez “Fələstinə Azadlıq“, “İsraili boykot et” kimi şüarlar səsləndirilib.
İSVEÇ
İsveçin paytaxtı Stokholmun Odenplan bölgəsinə toplaşan çoxlu sayda insan İsveç Xarici İşlər Nazirliyinə doğru yürüş edib. Yürüş zamanı “Qatil İsrail, Fələstindən çıx”, “Qatil İsrail, Livandan çıx” kimi şüarlar səsləndirilib.
CƏNİ AFRİKA
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki ABŞ Baş Konsulluğu qarşısına yüzlərlə insan toplaşıb.
İSPANYA
İspaniyanın Bilbao şəhərində minlərlə insan İsrailin hücumlarını pisləyib, Qəzza və Livana dəstək nümayiş etdirib.
İNGİLTƏRƏ
İngiltərənin paytaxtı Londonda toplaşan yüz minlərlə insan hökumətə xitab edərək, İsrailin qırğınlarında ingilis silahlarının da istifadə edildiyini ifadə edərək, “Qatil İsrail dövlətinə silah satışını dayandırın” çağırışı edib.