Coca Cola boykot səbəbilə yenidən iqtisadi geriləmə yaşayır.
Bu barədə Türkiyədə fəaliyyət göstərən “Barandergisi” jurnalı məlumat yayıb.
Məlumatda vurğulanıb ki, Pakistan, Misir və Banqladeşdə Coca Cola məhsulları artıq insanlar tərəfindən alınan içki markaları arasında yer almır.
Coca Cola təkcə Misirdə bazar payı 6.3 faizdən 5.7 faizə düşüb.
Ekspertlərin bu geriləmənin daha da davam edəcəyini proqnozlaşdırdıqları diqqətə çatdırılıb.