Fələstin üçün Azadlıq Platforması BDS-nin çağırışı ilə Fələstinin Dostları, Fələstin üçün Tələbə Həmrəyliyi və İşçi Demokratiya Partiyasının bir araya gələrək Zorlu Holdinqin İsraildəki sərmayələrini və işbirliklərini ən qısa zamanda dayandırmasını tələb edərək yaradılıb. Kampaniya ilk aksiyasını 28 sentyabr şənbə günü Zorlu Holdinq qarşısında keçirib. Metro City Ticarət Mərkəzinin qarşısından başlayan yürüş şüarlarla holdinqin qarşısına doğru irəliləyib.
Gazetenisan.net-in məlumatına görə Holdinqin ictimaiyyətə verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:
İşğalçı ordu bazalarını Qəzzanın düz yanında yerləşən Dorad Elektrik Stansiyasından elektrik enerjisi ilə təmin etməyə, fələstinlilərə və livanlılara bomba atan döyüş təyyarələri üçün hissələri istehsal etməyə davam edir. “Zorlu Holdinq”in işğalçı dövlətə xidmətdən əl çəkməsinin yolu İsraildə qazandığından daha çox pul itirməsi, mədəniyyət və incəsənət fəaliyyətləri ilə cinayətlərini ört-basdır etməsinin qarşısını almaqdır. Biz Fələstin xalqının və müqavimətinin dostları olaraq bu missiya ilə bir araya gəldik və Zorlu Holdinqin rəsmi olaraq işğalçı dövlətlə əlaqələrini tamamilə bitirənə qədər Zorlu Boykot kampaniyasını həyata keçirmək əzmindəyik.