Qəzzaya edilən hücumlar səbəbiylə boykot edilən və çoxlu sayda satılmalı olan Coca-Cola, Spiced və Spiced Zero Sugar, 7 aydan sonra istehsalını dayandıracağını açıqlayıb.
Türkiyə medialarının məlumatına əsasən, Atlanta mərkəzli içki şirkəti bu gün (26 sentyabr) verdiyi açıqlamada bu məhsulların yeni məhsullarla əvəz ediləcəyini açıqlayaraq deyib: Müştərilərimizin seçimlərini davamlı olaraq nəzərdən keçiririk və məhsul çeşidimizi buna uyğun tənzimləyirik.
Qeyd edək ki, fevralın 19-da ABŞ və Kanada rəflərinə çıxan yeni Coca-Cola məhsulları üç il ərzində Şimali Amerika portfelinə ilk daimi əlavəsi olub. Əlbəttə Coca-Cola bu məhsulların dövriyyədən çıxarılma səbəbi barədə qəti açıqlama verməsə də bunun boykotla əlaqədar olamsı təbii məsələdir.