Şənbə, Aprel 19, 2025

Fələstin üçün səsini qaldırdı, haqqında istintaq açıldı

Çox oxunanlar

Eskişəhərdə fələstinlilərin etirazlarının kütləviləşməsinin qarşısını almaq məqsədilə Fələstin dəstəkçilərindən biri haqqında istintaq işi açılıb.

Bianet portalının məlumatına əsasən, Eskişəhərdə yaşayan Kuban Kural Fələstinə dəstək və İsrailə boykot  etiraz aksiyası zamanı etdiyi çıxışa görə barəsində TCK 301 (Türk Millətini, Türkiyə Cümhuriyyəti Dövlətini, Türkiyə Böyük Millət Məclisini, Türkiyə Respublikası Hökumətini və Azərbaycan Respublikasının məhkəmə orqanlarını açıq şəkildə təhqir etmə) maddəsi ilə istintaq başladılıb.

Məlumata görə Kuban Kural çıxışında İsrail ilə Türkiyə arasında davam edən ticari və hərbi əməkdaşlığın Fələstindəki soyqırımı dəstəklədiyini deyərək bu əlaqələri tənqid edib. O, xüsusən də Azərbaycan neftinin Türkiyə üzərindən İsrailə daşınmasının Fələstin xalqına qarşı hücumlarda istifadə edildiyini iddia edib.

Kuralın çıxışında gündəmə gətirdiyi tənqidlər bu hücumlara İsraillə davam edən ticarət, hərbi və iqtisadi əməkdaşlığın töhfə verdiyini deyib.

Bianet-ə danışan Kural bildirib ki, bu araşdırmanın əsas məqsədi Eskişəhərdə Fələstin etirazlarının kütləviləşməsinin qarşısını almaqdır. Əsl cinayətin İsraili dəstəkləyənlər tərəfindən törədildiyini təkrarlayan Kural açıqlamasında bu vəziyyətə diqqət çəkib. Təşkil etdikləri 15-ə yaxın aksiyada oxşar ifadələri təkrarladıqlarını izah edən Kural, polisin yalnız bir hərəkət əsasında istintaq başlatdığına diqqət çəkib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This