İsveçlilər sionist rejimin Qəzzə cinayətlərinə etiraz əlaməti olaraq paytaxt Stokholmda mitinqlər keçirərək bu rejim mallarının boykot edilməsini tələb edən şüarlar səsləndiriblər.
İRNA-nın məlumatına əsasən, dünən (21 sentyabr) axşam 5 min isveçlinin iştirak etdiyi bu mitinq iştirakçılarından olan Grita Tonberg deyib: Bu müharibəyə son qoymaq üçün hər kəs əlindən gələni etməlidir. Soyqırımına son qoyulmalı, Qəzzə uşaqlarının ölümünə razı olmamalıyıq. Bunun üçün də bizim əlimizdən gələn, yalnız aksiyalar keçirib, ən azından İsrail rejiminin istehsalı və ona dəstək olan şirkətlərin mallarını boykot etməliyik.
O, daha sonra deyib: Bu soyqırımına susmaq, ona dəstək olmaq mənasını daşıyır. Bizim də bu müharibənin sonlandırlmasında yardımımız olmalıdır. Belə isə, biz də boykot etməli, embarqo qoymalı və sanksiyalar tətbiq etməliyik.