Almaniya hakimiyyəti humanitar qanunları pozduğu iddiası ilə “İsrailə silah ixracı” xüsusunda məhkəmə işlərindən artan təzyiqlərlə qarşı-qarşıyadır.
Reutersin məlumatına əsasən, Almaniya İsrailə yeni döyüş silahlarının ixracını dayandırıb.
Aljazeera-nın bu günə (19 sentyabr) olan məlumatına görə Almaniya İqtisadiyyat Nazirliyinə yaxın mənbə yüksək rütbəli bir hökumət rəsmisinə istinad edərək deyib: Almaniya dövləti humanitar qanunları pozduğu iddiası ilə açılmış məhkəmə işi və siyasi təzyiqləri nəzərə alaraq İsrailə silah ixracı üçün lisenziyaların təsdiqlənməsi üzrə işi dayandırıb.
Nazirlik şərh sorğularına cavab verməyib. Bununla belə, Almaniya hökuməti Reuters xəbərinin dərcindən sonra bir bəyanat verdi.
Hökumət sözçüsü Steffen Hebestreit, “Almaniyanın İsrailə qarşı silah ixracı boykotu yoxdur” dedi.
Məlumata görə, 2023-cü ildə Almaniya İsrailə hərbi texnika və hərbi silahlar da daxil olmaqla 326,5 milyon avro dəyərində silah ixracına icazə verib ki, bu da 2022-ci illə müqayisədə 10 dəfə çoxdur.
2024-cü ildə lisenziyaların sayı azalıb. Yanvardan avqustun 21-dək cəmi 14,5 milyon avro dəyərində silah ixracına icazə verilib.