Türkiyənin Mardin şəhərində keçirilən aksiyada İsrailin Qəzzaya hücumlarına reaksiya və sionist rejimi dəstəkləyən məhsulların boykot edilməsi istənilib.
Türkiyə medialarının verdiyi məlumata görə bu gün (17 sentyabr) Mardin Qeyri-Hökumət Təşkilatları Platformasının nümayəndələri Artuklu rayonundakı silsilə marketlər qarşısında toplaşaraq İsrailə dəstək verən məhsulların boykotunu tələb ediblər.
İştirakçıların adından müxbirlərə müsahibə verən İzzəddin Elhatip İsrailin 11 aydır Qəzzadakı soyqırımı siyasəti, müharibə cinayətlərə rəğmən işğalçıların məhsullarının ölkə daxilində rəflərdəki yerini qoruduğunu ifadə edərək deyib: Silsilə marketlər İsraili dəstəkləyən markaları satmaqla bərabər, məhsulların xalq tərəfindən tez alınması üçün endirimli qiymətlər də qoyurlar. Bu isə satılan hər bir məhsulun fələstinli qardaşlarımızın fəryadı deməkdir.
İzzəddin Elhatip həmçinin deyib: İsrail fələstinli qardaşlarımıza qarşı hər cür vəhşiliyi törətdiyi halda, biz onların məhsullarını istehlak edərək onları daha da gücləndiririk. Belə isə, hamını tədbirli olmağa çağırırıq.