Xaricdə yaşayan iranlıların işləri üzrə ali şuranın baş direktoru bu il sionist rejim əleyhinə boykot kampaniyalarının ötən illərə nisbətən həddən artıq çoxalmasından xəbər verib.
Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Abdullah Söhrabi ötən həftə İslami Təbliğat Koordinasiya Şurasında keçirilən İntifada və Qüds Qərargahının koordinasiya və sinerji iclasında deyib:
Ötən bir il ərzində beynəlxalq aləm sionist rejimin soyqırımı siyasətini daha aydın şəkildə gördü və bu onların iç üzünü aşkara çıxardı. Elə bu cəhətdən də ictimai qınaq və boykotlarla qarşılaşdılar.
Abdullah Söhrabi həmçinin bu sanksiyalardan birinin də media və xəbər sektorunda baş verdiyini vurğulayaraq deyib: İşğalçı İsrail rejiminin süqut edəcəyinə heç bir şübhə yoxdur. Bütün xalqlar Fələstin xalqının cinayətkar rejim əleyhinə dəstək verməsi zəruridir.