Çərşənbə, Aprel 30, 2025

İsrail iqtisadiyyatı müqavimətin raketləri ilə çökdü

Çox oxunanlar

Livanın iqtisadiyyat məsələləri üzrə eksperti müqavimətin işğal olunmuş Fələstinin dərinliklərinə vurulan raketləri nəticəsində İsrailin 47 illik hegemoniya iqtisadiyyatının çökdüyünü vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Həsən Müqəllid bu gün (15 sentyabr) Əl Məyadin telekanalı ilə müsahibədə sionist rejimin Qəzzə müharibəsində bu günə qədər 63 milyard dollar ziyana düçar olub.

İqtisadi ziyanlardan böhranlar yaşayan işğalçı rejimin 60 min şirkətinin bağlandığını qeyd edən Həsən Müqəllid deyib: 7 oktyabr 2023-cü ildən bəri İsrail iqtisadiyyatındakı böhran günü-gündən dərinləşir. Belə ki, rəsmi Tel Əvivin Mərkəzi Bankı belə 47 illik yüksələn şkalasına rəğmən bu müharibə başlandığı zamandan bəri misli görünməmiş böhranla əlbəyaxadadır.

Sürətli və eksklüsiv müharibə ideyası ilə iqtisadi böhrana düçar olan rejim ordusunun Qəzzə zolağı və Livanın cənub bölgələrinə hücum əməliyyatlarının fiyaskoya uğradığını deyən Livan eksperti hətta qəsəbə sakinlərinin rahatlığını da pozulduğunu, onları həddən artıq təhlükə gözlədiyini vurğulayıb.

Həsən Müqəllid bu müsahibədə həmçinin Amerikanın İsrailə qeyd-şərtsiz maddi-mənəvi və hərbi yardımlarının da işə yaramadığını diqqət mərkəzinə çəkib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This