Şənbə, Aprel 26, 2025

Bruno Marsın Malayziya konserti anti-İsrail boykotuna tuş gəldi

Çox oxunanlar

İsrailin fələstinlilərə qarşı hərbi kampaniyasına səssiz qaldığı üçün müğənnidən çəkinməyə çağırışlar artmağa başladı.

Scmp.com-un məlumatına görə Amerikalı pop ulduz Bruno Marsın İsrail rejimini dəstəklədiyi iddiası ilə sentyabrın 17-də Kuala-Lumpurda çıxışı ilə bağlı malayziyalı pərəstişkarları qarışıq fikirlər səsləndiriblər.

2010-cu ildən onun pərəstişkarı olan sosial media meneceri Vanessa əvvəlcə bilet almağı düşündüyünü, lakin Marsın Təl-Əvivdəki konsertindən sonra bundan imtina etdiyini söyləyib.

“Fələstinə qarşı bu soyqırım artıq onilliklərdir ki, baş verir.

Etirazçılar “Mars irəli addım atmalı və İsrail hökumətini qınamalıdır, çünki İsrail ordusunun fələstinlilərə qarşı vəhşiliklər törətməsi ilə bağlı çoxlu hallar olub” deyirlər.

24 yaşlı bir pərəstişkar deyib: “Məsələ ilə bağlı səssiz qalmaq sizin məlumatsız və ya ortaq olduğunuz deməkdir”

Bənzər bir fikri bölüşən psixoloqvə korporativ təlimçi Alia Alias, Marsın böyük bir pərəstişkarı olmasına baxmayaraq bilet almaqdan imtina etdiyini söyləyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This