İspaniyanın Barselona şəhərində İsrail rejimi əleyhinə mitinq keçirilib.
Nümayişçilər İsrail rejiminin Qəzza zolağında, xüsusilə Rəfah şəhərində həyata keçirdiyi vəhşiliyi lənətləyiblər.
Bundan əlavə olaraq İsrail rejiminə dəstək verən şirkətlərin də İspaniyada fəaliyyətinə qadağa qoyulması və boykot olunmaları tələb olunub.
Qeyd edək ki, oxşar aksiya Almaniyada da keçirilib.