Türkiyənin Düzcə bölgəsində bu gün İsrail rejiminin boykot edilməsi məqsədilə aksiya keçirilib.
Nümayişçilər İsrail rejiminin Qəzza zolağında insanlıq cinayəti törətdiyini və beynəlxalq ictimaiyyətin hələ də susmasını qınayıblar.
Bundan əlavə İsrail rejiminin əsasən Qəzzada qadınları, uşaqları, qocaları və əlil insanları hədəfə aldığı da diqqətə çatdırılıb.
Aksiyada iştirak edənlər İsrail rejiminə dəstək olan məhsulların da boykot edilməsinə çağırış ediblər.